İTV-nin yeni direktoru kimdir?

11-05-2018, 20:37           

Bu gün Balakişi Qasımov İctimai Televiziyanın yeni baş direktoru seçilib.“Qafqazinfo” xəbər verir ki, B. Qasımov 1978-ci ildə Bakı şəhərində anadan olub.

İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.

Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib.
2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Balakişi Qasımov vergilər naziri Mikayıl Cabbarovun xalası oğludur.

İTV-nin yeni direktoru kimdir?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru