ATV-də aşıqların davası – VİDEO

9-07-2018, 21:29           

Bu gün ATV kanalında yayımlanan “10-dan sonra” proqramında gərgin anlar yaşanıb.

Turkustan.info xəbər verir ki, Yusif Ağayevin aparıcılıq etdiyi verilişdə Aşıq Namiq Fərhadoğlu ilə Aşıq Fəzail Miskinli arasında mübahisə meydana gəlib.
N. Fərhadoğlu canlı efirdə Fəzaili aşıq hesab etməyib. Qarşı tərəf isə qalmaqallı açıqlamaya etirazını bildirib.
Daha sonra proqram reklamlara ayrılıb. Fasilə zamanı Aşıq Namiqlə Aşıq Fəzail əlbəyaxa dava edib, bir-birinin ünvanına təhqiredici sözlər deyiblər.
Həmin görüntülər efirə getməsə də, ATV-nin rəsmi instaqram səhifəsində paylaşılıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.