Hüseyn Əzizoğlu vəhşicəsinə döyülüb? – “Mən də onlar kimi davranıb…” – VİDEO

27-08-2018, 10:52           
Hüseyn Əzizoğlu vəhşicəsinə döyülüb? – “Mən də onlar kimi davranıb…” – VİDEO
Sosial şəbəkədə 800 mindən artıq izləyicisi olan bloqer Hüseyn Əzizoğlunun döyülməsi xəbəri yayılıb.

Heç bir mənbəyə əsaslanmayan yazıda Əzizoğlunun vəhşicəsinə döyüldüyü, hətta avtomobilin yararsız hala gətirildiyi qeyd edilib. Minval.İnfo yayılan məlumatları dəqiqləşdirmək üçün Hüseyn Əzizoğlu ilə əlaqə saxlayıb.

Saytımıza özəl açıqlama verən viner belə bir hadisənin baş vermədiyini bildirib: “Mən hazırda çəkiliş heyətində olan uşaqlarla birlikdəyəm, yemək yeyirik. O xəbəri yazan sayt heç olmasa bir dəfə zəhmət çəkib mənə zəng edərdi. Zəng etmədən, dəqiqləşdirmədən nə gəldi yazıblar. Mən də onlar kimi davranıb, məhkəməyə üz tutsam necə olacaq? Haqqımda dezinformasiya yazıblar. Hər şey əladır, bununla bağlı video da paylaşmışam. Dava olmayıb, heç kim də məni döyməyib”.

Minval.İnfo













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru