Azərbaycanlı xanım aparıcının sevgilisi xərçəngə tutuldu - FOTO
27-08-2018, 12:29
ARB telekanalında yayımlanan "Ferma" realiti şousunda aparıcılığı ilə tanınan Yeganə Həsənova sosial şəbəkə hesabından tükürpədən faktı təqibçiləri ilə bölüşüb.
Teref.az Milli.Az-a istinadən xəbər verir ki, 29 yaşlı aparıcı sevgilisinin xərçəngə tutulduğu xəbərini verib.
Aparıcı şəklini paylaşaraq, bu acı olayı dostlarına "29 yaşım var. Deyirlər e, Allah çəkə bilmədiyin yükü verməz. Amma yük ağırdır. Heç kəsin sevgilisinin sağlamlığına xələl gəlməsin! Bu hissi yaşamaq çox acıdır... Və tanrı bütün xərçəng xəstələrini qorusun. Sevdiyiniz adamların qədrini bilin, qalan hər şey boş şeydir" sözləri ilə bildirib.