Məşhur aktyordan ŞOK ETİRAF: "Anam Hitlerin sevgilisi olub" - FOTO

29-08-2018, 08:19           
Məşhur aktyordan ŞOK ETİRAF: "Anam Hitlerin sevgilisi olub" - FOTO
Dünyaca məşhur aktyor Romi Şnayder anasının Almaniyanın füreri Adolf Hitler ilə birlikdə olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, aktyor etirafı ölümündən 5 il öncə - 1976-cı ildə “Deyli Report”a verdiyi müsahibədə dilə gətirib.

Müsahibəni alan jurnalist Alisia Şvarzer bildirib ki, aktyor anasının Hitlerlə münasibətinin olduğuna tam əmin idi. Romi buna görə anasını heç vaxt bağışlamayıb və hətta müsahibədə bu haqda danışarkən ağlayıb.

Jurnalist aktyorun dediyi “Niyə ağlamayım? Mən insanüstü bir varlıq deyiləm. Artıq utanmıram və qorxmuram” sözlərini xatırladıb. Romi jurnalistdən rica edib ki, bu haqda heç kimə danışmasın. Hətta ondan “mənə xəyanət etmə” şəklində rica da edib.

Romi Şnayder ilə Alisia Şvarzer arasında baş tutan bu müsahibə sentyabrın 16-da “Romi ilə bir axşam” adlı sənədli filmdə yayımlanacaq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru