Əfsanəvi müğənni qırmızı don və hündürdaban ayaqqabıda dəfn olundu - Fotolar

29-08-2018, 21:20           
Əfsanəvi müğənni qırmızı don və hündürdaban ayaqqabıda dəfn olundu - Fotolar
Avqustun 16-da vəfat edən amerikalı müğənni Areta Franklin ötən gün dəfn olunub.

Turaninfo.org xarici mediaya istinadən xəbər verir ki, əfsanəvi ifaçı son mənzilə qızılı tabutda yola salınıb.

Onun cənazəsi iki gün müddətində qızıl tabutda Detroytdəki afroamerikalıların tarixi muzeyində saxlanılıb. Bu pərəstişkarlarının sənətçi ilə vidalaşaması üçün edilib.

Hər zaman şık geyinən Areta son səfərə qırmızı don və hündürdaban ayaqqabı, eləcə də, qırmızı dodaq boyası ilə yola salınıb. Müğənninin tabutunun ətrafı isə yüzlərlə güllə bəzədilib.

Qeyd edək ki, Franklin 76 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru