"Art Tower" qalereyasında “START” layihəsi davam edir

4-09-2018, 07:07           
"Art Tower" qalereyasında “START” layihəsi davam edir
Sentyabrın 11-də "Art Tower" qalereyasında "Arts Council Azerbaijan" Qeyri-Hökumət Təşkilatının “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə sərgi təşkil ediləcək.

Trend-in məlumatına görə, layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək.

“Arts Council Azerbaijan”ın bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıtdırmaqdır.

Giriş sərbəstdir.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az,












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru