“Diriliş Ertoğrul”da sürpriz isim : qadınların sevimlisi aktyor BAŞ ROLDA - FOTO

4-09-2018, 07:11           
“Diriliş Ertoğrul”da sürpriz isim : qadınların sevimlisi aktyor BAŞ ROLDA - FOTO
Burak Özçivit möhtəşəm layihə ilə ekranlara geri dönməyə hazırlaşır.

Yayımlandığı tarixdən etibarən milyonlarla tamaşaçını ekrana kilidləyən “Diriliş Ertoğrul” serialına yeni mövsümdə yeni aktyorlar daxil ediləcək.

Engin Altan Düzyatanın oynadığı Diriliş Ertoğrul bu mövsüm yerini Osman Qaziyə verəcək. Burak Özçivit yeni mövsümdə Ertoğrul bəyin ölündən sonra hakimiyyətə keçən və Osmanlı İmperiyasının qurucusu olan Osman Bəyi canlandıracaq. Aktyor artıq texniki hazırlıqlara start verib.

Osman Qazi serialı üçün İstanbul-Anadolu boğazında dəniz kənarında çox böyük ərazidə çəkiliş meydançası inşa edilib. Serial kostyumları üzərində də böyük bir komanda çalışır.

Məlumat üçün bildirək ki, Burak Özçivit “Möhtəşəm 100 il” tarixi serialında Malkoçoğlu xarakteri ilə yaddaşlarda unudulmaz iz qoymuşdu. Baş rolda çəkildiyi "Kara Sevda" final etdikdən sonra isə o, seriallara bir il fasilə vermişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru