Səyavuş Aslanın oğlu: “Atamla yanaşı bütün qazandıqlarımı itirdim”

5-09-2018, 19:05           
Səyavuş Aslanın oğlu: “Atamla yanaşı bütün qazandıqlarımı itirdim”
Bu gün xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın ad günüdur.
Sənətkarın oğlu Eldar Aslan AzNews.az-la fikirlərini bölüşüb: “Əvvəlcə onu deyim ki, Səyavuş Aslanın övladı olduğum üçün fəxr edirəm. Allah ona rəhmət eləsin. Azərbaycan xalqının ürəyində ömürlük iz salan sənətkardır. Onun anadan olduğu günü çox məyus duyğularla, kövrək halda yad edirəm. Atasız övlad necə olar? Əlbəttə, ata itkisi bir övlad kimi, mənim üçün çox ağırdır”.
Eldar Aslan qeyd edib ki, hər bir ata kimi Səyavuş Aslanın da arzusu övladlarını xoşbəxt görmək idi:
“Övladlarının yolunda nə lazımdırsa, etdi, atalıq vəzifəsini layiqincə, hətta deyərdim ki, artıqlaması ilə yerinə yetirdi. Amma tale elə gətirdi ki, atamla yanaşı həyatda bütün qazandıqlarımı itirdim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru