Rusiyanın Avroviziyadakı təmsilçisi ölkədən mühacirət edib

6-09-2018, 07:55           
Rusiyanın Avroviziyadakı təmsilçisi ölkədən mühacirət edib
Rusiyalı müğənni Yulia Samoylova bildirib ki, ölkədən mühacirət etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Instagram" səhifəsində yazıb.

Müğənni həmçinin özünün Şeeremetyevo hava limanındakı fotosunu da paylaşıb. "360" telekanalının məlumatına görə, Samoylovanın prodüsseri bildirib ki, müğənninin nə üçün belə yazmasının səbəbini bilmir. O, əlavə edib ki, ifaçı artıq təyyarədədir.

Mayın sonlarında "Change.org" saytında Yuliya Samoylovanın yenidən 2019-cu ildə İsraildə keçiriləcək Avroviziya beynəlxalq musiqi yarışmasında Rusiyanın təmsilçisi kimi göndərməklə bağlı petisiya yerləşdirilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.