“Məxluqlar cavab verəcək” - Qalmaqal böyüyür

11-09-2018, 10:54           
“Məxluqlar cavab verəcək” - Qalmaqal böyüyür
Timati ləqəbli reper Timur Yunisov və dağıstanlı MMA döyüşçüsü Həbib Nurməmmədov arasında yaşanan qalmaqal böyüməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, idmançı instaqram səhifəsində reperi və onun həmkarı Eqor Kridi təhqir edib, onları məxluq adlandırıb:

“Məxluqlar dediklərinə görə cavab verəcəklər. Mənim sözlərim kiməsə xoş gəlmirsə, cavab verməsin. Mən heç kimi buna məcbur etmirəm. Nəyi etmək olar, nəyi olmaz... Bunu mənə demək üçün başqa insanlar var ki, onları eşidirəm. Siz öz lənətə gəlmiş konsertinizi hər gün edə bilərsiz. Amma mənim prinsiplərim var, nə düşünürəmsə, onu da deyəcəm. Xüsusilə Dağıstan kişilərinə müraciət edirəm. Bir çox şeylər əldən çıxıb, qaytarmaq olmaz. Amma bizim Respublikamızın gələcəyi bizdən asılıdır, cinsi azlıqlardan yox”.

Qeyd edək ki, tərəflər arasında qalmaqal Eqorun Maxaçqalada konsert vermə istəyindən sonra başlamışdı. MMA döyüşçüsü reperin Dağıstan xalqı tərəfindən boykot etdilməsinə və konsertin ləğvinə fikir bildirmiş, “Black Start” musiqi şirkətinin əməkdaşlarını tənqid etmişdi.

Bundan sonra, həmin şirkətin üzvü Timati də Nurməhəmmədova cavab vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru