Zərrabın yanındakı qadının kimliyi şok etdi

13-09-2018, 12:00           
Zərrabın yanındakı qadının kimliyi şok etdi
ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək həbs olunan, daha sonra isə Hakan Atillanın mühakimə olunduğu məhkəmənin əsas şahidi kimi çıxış edən Azərbaycan əsilli iş adamı Rza Zərrabın bir qədər əvvəl görüntüləndiyi qadının kimliyi məlum olub.
Kult.az xəbər verir ki, Nyu Yorkdakı məşhur “Nobu” restoranında çəkilən fotolarda Zərrabla birlikdə kameraların obyektivinə tuş gələn qadın, iş adamının həyat yoldaşı, müğənni Əbru Gündəşin ən yaxın rəfiqəsi Ayşəgül Akgün olub.
Əbru Gündəşin bütün səfərlərində, konsertlərində və gündəlik gəzintilərində yanında görünən Akgünün Nyu Yorkda Zərrabla olmasını Türkiyə mətbuatı birmənalı qarşılamayıb. Müğənni ilə rəfiqəsinin arasında bir sıra problemlərin olduğu və uzun müddətdir görüşmədikləri qeyd edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru