Məşhur fransız brendi saxta çıxdı - Foto

16-09-2018, 11:34           
Məşhur fransız brendi saxta çıxdı - Foto
Fransanın ən məşhur və bahalı qab-qacaq brendi “Limoj” Çində istehsal olunub.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Fransanın AFP telekanalı məlumat yayıb.

Fransa prezidentinin rəsmi iqamətgahı olan “Yelisey sarayı”nda satışa çıxarılacaq olan “Limoj” qab-qacaq dəstlərinin Fransada öz fabriki olsa da, malların Çindən gəldiyi məlum olub. Limoj şəhərinin meri uzun müddətdir araşdırma apardıqlarını və bu faktı aşkar etdiklərini bildirib.

Qeyd edək ki, “Limoj” çini zavodunun əsası 1768-ci ildən qoyulub və dünyanın ən bahalı brendlərindən hesab olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru