Xatirə şəhid üçün verdiyi konsertdə belə geyindi VİDEO
19-09-2018, 09:58
Tanınmış müğənni Xatirə İslam ötən gün solo konsert proqramı ilə çıxış edib. Open.az xəbər verir ki, sənətçi "Yaşıl Teatr"da sevənlərini başına toplayıb. İfaçı gecə ərzində 2 libas dəyişib. X.İslamın birinci geyindiyi qısa və sinə dekoltəli libas izləyicilərin qınağına səbəb olub. Onlar paltarın çox qısa olduğunu və ona yaraşmadığını bildiriblər. Məhərrəmilik ayında konsert verdiyi üçün qınanılan müğənni maraqlı addımı ilə diqqət çəkib. Sənətçi konsertdən yığılan pulu ötən gün doğum günü olan şəhidimiz Müşfiq Orucovun ailəsinə bağışlayıb. O, şəhisin xatirəsini əbədiləşdirmək üçün onun adına bulaq tikdirəcəyini bildirib.