“Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir

19-09-2018, 18:40           
“Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir

Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.

Teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin daşını atıb.

O, xanımı ilə bir ildən artıqdır ki, ABŞ-da yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.
Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.
Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəy-gəlinlə şəkil çəkdirmək qadağan olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru