Öldürülüb doğranan jurnalistin işini araşdırmaq üçün gəlmişdi:Şirnyyat alıb ölkəsinə qayıtdı

1-11-2018, 10:01           
Öldürülüb doğranan jurnalistin işini araşdırmaq üçün gəlmişdi:Şirnyyat alıb ölkəsinə qayıtdı
Jurnalist Camal Qaşıqçının ölümünü araşdırmaq üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanı baş prokuroru Səud Əl-Mucebin səfəri başa çatıb.

Cebhe.info xəbər verir ki, dünyanın gözü bu səfərdə olduğu bir zamanda baş prokuror səssizliyi ilə diqqəti cəlb edib. İstanbulda geri qayıdan baş prokuror lokum və çərəz alaraq ölkəsinə qayıdıb.

İstanbula 3 günlük səfərində bir sıra görüşlər keçirən baş prokurorun Türkiyə tərəfini maraqlandıran suallara konkret cavab vermədiyi deyilir. Baş prokuror vaxtının bir hissəsini də alış-verişə sərf edib. Onun özü ilə apardığı yük arasında müxtlif növ şirniyyat, lokum və çərəz bağlamaları diqqəti çəkib.

Xatırladaq ki, jurnalist 2 oktyabrda yoxa çıxıb. Onun öldürülərək daha sonra cəsədinin parçalandığı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru