Avropa Birliyi PKK ilə bağlı açıqlama verdi

16-03-2019, 09:07           
Avropa Birliyi PKK ilə bağlı açıqlama verdi
Avropa Birliyi PKK terror təşkilatının AB-nin siyahısında olduğunu açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, AB-nin təmsilçisi Federika Mogerininin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü baş tutub.

Görüş çərçivəsində bir sıra məsələlər müzakirə edilib. PKK ilə bağlı müzakirələrin gedişində AB nümayəndəsi sərt açıqlama verib.

Mogerini deyib ki, PKK AB-nin terror təşkilatı siyahısındadır və bu məsələ müzakirəyə açıq deyil.

Görüşdə Türkiyənin strateji tərəfdaş kimi rolu və Suriyadakı mövqeyi ilə bağlı fikir mübadiləsi də aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru