Məsciddə inanılmaz oğurluq etdi - VİDEO

17-03-2019, 13:21           
Məsciddə inanılmaz oğurluq etdi - VİDEO
Oğurluq hadisəsi məsciddə olan kameralara düşüb

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda məsciddə oğurluq edilib.

Sputnik Azərbaycan "Mynet"ə istinadla xəbər verir ki, naməlum şəxs məsciddə namaz qılmaq üçün gələnlərin ayaqqabılarını oğurlayıb.

Oğurluq hadisəsi məsciddə olan kameralara düşüb. Görüntülərdə naməlum şəxs əyninə olan ayaqqabıları bir-bir yoxlayıb və onları aparıb.

Namazdan sonra məscidə gələnlər ayaqqabılarının olmadığını görüblər. Vəziyyəti məscidin axunduna bildiriblər. Məscidin imamı da kamera görüntülərini araşdırıb. Məlum olub ki, bundan əvvəl də həmin şəxs bu məsciddə ayaqqabıları oğurlayıb.

Polis oğrunu tutmaq üçün axtarışlara başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.