Hərbçilərimiz Pakistana gəldi –Hərbi paradın məşqlərinə başladılar (FOTOLAR)

17-03-2019, 20:25           
Hərbçilərimiz Pakistana gəldi –Hərbi paradın məşqlərinə başladılar (FOTOLAR)
Pakistanda mart ayının 23-də hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları İslamabadda Pakistan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birlikdə hazırlıqlara başlayıblar.

Bu barədə “AzeriDefence”nin Pakistandakı əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti Pakistan hərbçiləri ilə birlikdə ötən həftənin ortalarından etibarən məşqlər keçir. Paradda Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla, Azərbaycan bayrağını tribuna önündən keçirəcək. Paraşütçülər isə havada Azərbaycan və Pakistan bayraqlarını açacaqlar. Paradda iştirak məqsədi ilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin mart ayının 21-dən 23-dək İslamabada səfəri gözlənilir.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycan-Pakistan hərbi əlaqələri son illər yeni mərhələyə qəədəm qoyub. İki ölkənin hərbi qurumları arasında qarşılıqlı səfərlər çoxalıb. Eyni zamanda hərbi-texniki sferada əməkdaşlıq aktivləşib. Azərbaycan Pakistandan təlim təyyarələri, müxtəlif müdafiə təyinatlı sistemlər əldə edib. Bu ildən hərbi-texniki sahədə bir sıra yeni addımların atılacağı gözlənilir.

Qeyd edək ki, bu, Azərbaycan Ordusunun şəxsi heyətinin Rusiyanın Moskva və Fransanın Paris şəhərlərində İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş hərbi paradlarında iştirakından sonra ölkə xaricində qatıldıqları üçüncü hərbi paraddır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.