Türkiyə ilə bu plan üzərində çalışırıq - ABŞ

19-03-2019, 09:02           
Türkiyə ilə bu plan üzərində çalışırıq - ABŞ
Türkiyə ilə yaxından əməkdaşlıq edirik. Onlar strateji tərəfdaşımızdır. Daha da əhəmiyyətlisi Suriyadakı qüvvələrimizi azaltmaq planları üzərində çalışırıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan çıxış edib.

"ABŞ Baş Qərargah rəisi Cozef Danfordun açıqlamasını oxudunuz. İŞİD-lə mübarizədə koalisiya ilə yaxından çalışırıq", - Şanahan bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Baş Qərargah rəisi Cozef Danford ölkəsinin Suriyada 1000 əsgər saxlayacağı barədə xəbərləri təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru