Marketdəki biabırçılıq kameraya düşdü - FOTO

19-03-2019, 18:15           
Marketdəki biabırçılıq kameraya düşdü - FOTO
Türkiyə Esenyurtda bir marketə alış-veriş üçün gələn 10 yaşlı uşaq bölmələrin arasında gəzərkən, cibindəki 100 lirəsini salıb.

Tam o sırada arxasında olan yaşlı bir adam yavaşca pulu alaraq qaçıb.
O anlar təhlükəsizlik kamerasına saniyə saniyə əks olunub.

Hadisə, keçdiyimiz günlərdə Esenyurt olan bir marketdə baş verib.

Marketə alış-veriş etmək üçün gələn 10 yaşındakı bir uşaq bölmələri gəzərkən, cibində olan 100 lirəni salıb.

O vaxt uşağın arxasında olan bir adam pulu görüb.

Heç kəsə demədən ayağını qaşıyır kimi aparan yaşlı adam pulu yerdən götürərək cibinə qoyub və hadisə yerindən uzaqlaşıb.

Bir müddət sonra pulunu saldığını dərk edən uşaq təlaş içində 100 lirəsini axtarmağa başlayıb./metbuat













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.