Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacaq

19-03-2019, 18:43           
Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacaq
Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefadan sonra Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacağını bəyan edib.

ONA-nın məlumatına görə, bu barədə prezident respublika kanalları vasitəsilə xalqa müraciətində bildirib.

N.Nazarbayev əlavə edib ki, o, həm də “Nur Otan” partiyasının sədri vəzifəsini davam etdirəcək və Konstitusiya Şurasının üzvü postunda qalacaq: "Yəni sizinlə qalıram".

Qeyd edək ki, Nursultan Nazarbayev bu gün xalqa telemüraciətində prezident vəzifəsindən istefa verdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru