İran Türkiyəni tək qoydu

19-03-2019, 22:21           
İran Türkiyəni tək qoydu
İran Silahlı Qüvvələri Türkiyənin PKK-ya qarşı başlatdığı əməliyyatda iştirak etməyib.

Bu məlumatı “Mehr” agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəsinə istinadən yayıb.

“Bazar ertəsi səhər Türkiyə PKK-ya qarşı hərbi əməliyyata başlayıb. Burada İran ordusu iştirak etməyib”, – deyə agentliyin mənbəsi bildirib.

Nəşr xatırladır ki, bundan öncə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə və İranın PKK-ya qarşı birgə antiterror əməliyyatları keçirəcəyini açıqlamışdı. İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari isə Soylunun bu sözlərini təsdiqləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru