“TÜRKİYƏDƏ RUSİYA HƏRBİ BAZASI QURULACAQ” MÜƏMMASI:“Hər şey ola bilər” – Təhlil
26-04-2019, 00:18
İrina Corbenadze
rosbalt.ru, 25.04.2019
SD-400 ZRK-nin Ankaraya tədarükü və Mərsində “Akkuyu” AES-in tikintisi Moskvanın Ərdoğanla anlaşma üzrə Aralıq dənizini hərbiləşdirməsi düşüncəsinə aparır.
Ən azı, S-400 ZRK-nı mənimsəməkdə yardım dəqiq lazım gələcək.
Bəlli olduğu kimi, Türkiyə NATO üzvüdür – düzdür, son zamanlar Rusiyaya “ilişərək” bu hərbi bloku artıq tərk etməyə hazırlaşıb-hazırlaşmadığı haqda fallar çoxalıb, ya da böyük bölümü ABŞ üçün nəzərdə tutulan ancaq şantajla işimiz var. Rusiyanın Türkiyədə öz hərbi bazasını yerləşdirməyə hazırlaşdığı haqda Türkiyə KİV-lərində yayılan məlumat belə bir fərziyyənin bir hissəsi ola bilər.
İnkişaf etməkdə olan iki layihə hadisələrin belə gəlişməsi üçün əsas sayılır – Türkiyənin liman şəhəri Mərsində Rusiya tərəfinin “Akkuyu” atom elektrik stansiyasını inşa etməsi və ABŞ-ın fəal dirənişinə baxmayaraq, Ankaranın RF-dən S-400 zenit raketi kompleksi almaq planları. Amma bu iki fakt arasında hansı bağlılıq var?
İnoSMİ Türkiyənin “Ticarət siyahısı”na (Ticaret Sicil Gazetesi) istinadən “sarsıdıcı məlumatlar”ı bölüşən “Sözcü”nəşrinin icmalçısının “bölgü”sünü göstərir. Yəni: “Rosatom” – “Akkuyu Nükleer”in başçılıq etdiyi AES inşaat layihəsinin əməliyyatçısı öz nizamnaməsinə Türkiyənin gələcəyinə bir çox sahələrdə, hər şeydən qabaq, xarici siyasətə təsir edə biləcək dəyişiklik edib, çünki nizamnamənin bəndlərindən biri qəti şəkildə dəyişdirilir. O, zavodlar, anbarlar, limanlar, başqa tikililərin inşasını, naviqasiya, liman, anbar, yükləmə, boşaltma, nəql və daşıma fəaliyyətini nəzərdə tutur.
Vurğulanır ki, şirkət “Rosatom” tərəfindən qurulub və atom stansiyası tikilərkən fəaliyyətin bundan qabaq sözügedən növləri xatırladılmayıb. “Sözcü” yazır: “Söhbət Aralıq dənizindən gedir… Və marağı olan adamlar bunun nə qədər “isti” olduğunu bilirlər… Və bununla bağlı məgər düşünməyə səbəb yoxdur ki, Rusiya Federasiyasının ölkəmizdə bütün bu fəaliyyət növlərini həyata keçirməsi ticarət hüququ əsasında olsa da, strateji xarakter daşıyacaq? Bundan savayı, demək olarmı ki, Rusiyanın Aralıq dənizində tikəcəyi liman və terminal atom elektrik stansiyasının inşası üçün olsa da, hərbi və kəşfiyyat məqsədləri üçün heç cür və heç zaman istifadə edilməyəcək, baza kimi işlədilməyəcək?”
Başqa nəşr – “Haberturk” – narahat olur ki, doğrudan da, RF Türkiyəyə S-400 verilməsilə bağlı Rusiya hərbçilərinin yerləşdirilməsini istəməzmi? Axı Moskva Krım – Qara dəniz – Türkiyə – Aralıq dənizi arealında hava məkanının təhlükəsizliyinin təminatında və Yaxın Şərqdə öz iştirakının güclənməsində maraqlıdır. Bu şübhələr nə qədər doğrulur və bunda məntiq varmı?
Türkiyənin NATO üzvü olduğundan çıxış edilsə, onda Rusiya hərbi bazasının onun ərazisində iştirakı tam çıxdaş olunur, amma RF hərbçiləri S-400-ləri tam “müşayiət” və yerində ona xidmət edə bilərlər. Amma bu hələ baza deyil, hərbi obyekti – “İncirlik” – Mərsinin cəmi bir neçə on kilometrliyində yerləşən ABŞ üçün əlavə qıcıqlandırıcıdır. Bu baza Amerikanın Avropada ən böyük nüvə silahı anbarıdır. Rusiyanın Mərsinin yaxınlığında Suriyada hərbi bazaları – Tartus və Xmeymim – olduğu bir vaxtda onunla “yaxınlaşmağa” başlayarmı? Güman etmirəm. Bu, Vaşinqtonun qarayaxa diktatından qurtulmağa can atan və öz ərazisində RF hərbi obyekti yerləşdiriləcəyi halda Moskvanın belə bir diktatı altına düşmək riskinə gedən Türkiyəyə də gərək deyil.
Qeyd edək ki, Ankara Rusiya S-400-lərini əldə etmək halında cavab olaraq Türkiyənin pulunu artıq ödədiyi F-35 qırıcılarının tədarükündən imtina xəbərdarlığı edən Vaşinqtona açıq meydan oxuyub. Türkiyə ABŞ-ın hədələrindən niyə qorxmayıb? Ehtimal ki, bu, Ankaranın silahlanma və texniki baxımdan mümkün tətbiqi seqmentində müstəqillik və suverenliyi saxlamaq səyi ilə bağlıdır – S-400 tam muxtar sistem sayılır. Bu isə, öz növbəsində, amerikalıların Türkiyənin hava məkanı üzərində nəzarət səviyyəsinin müəyyən qədər azaldığını bildirir. Bundan başqa, “Defence News”un məlumatına görə, ABŞ F-35-ləri tədarükdən tam imtina etdiyi halda Türkiyə Rusiyadan S-57 alqısı variantını nəzərdən keçirə bilər.
Ehtimal ki, Rusiya silahının xeyrinə seçim edərək Suriyua kürdlərinə dəstəyə, 2016-cı ildə respublikada dövlət çevrilişinə cəhdə (hər halda, Türkiyə rəhbərliyi belə hesab edir), ABŞ-da yaşayan türk icitmai xadimi Fətullah Güləni verməkdən imtinaya və s.-ə görə amerikalıları “duza qoymaq” Ankaraya xoş olacaq.
Amma Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın öz ölkəsinin xeyrinə, ABŞ-ın ziyanına Rusiya ilə hərbi-texniki və başqa münasibətlərin inkişafında kəskin marağına baxmayaraq, bütün bunlar onu yetərincə prinsipial duruma qoymaqla yönəldilən tamaşadır. Yəni o, Moskva ilə münasibətləri saxlamaqla Vaşinqton və NATO-ya münasibətdə “prinsipial mövqe”yə baxmayaraq, son ikisini də saxlamaq istəyir.
Buna görə də RF-nin ortamüddətli perspektivdə Türkiyədə bazasının açılmasından danışmaq üçün Rusiya-Türkiyə münasibətlərinin üç il qabaq qalmaqallı qırılmadan sonra baş verdiyi qədər sürətlə dərinləşib-dərinləşməyəcəyini proqnozlaşdırmaq son dərəcə çətindir.
Və yenə də Rusiyanın atom stansiyasının fəaliyyətinə birbaşa aid olan infrastruktur, liman inşası, logistika (Rusiya tərəfi 60 il boyunca stansiyaya qulluq edəcək) qurmaq üçün əldə edəcəyi müqavilənin yeni variantı həm də ondan danışır ki, “hər şey ola bilər”. Və Ərdoğan pis oyunda yaxşı mina düzəldərək Rusiyanın uzunmüddətli şərtlərini qəbul edir. Məsələ bundadır ki, bu, Ankaranın NATO və Vaşinqtonla münasibətlərinin səviyyəsindən asılı olan Rusiya-Türkiyə münasibətlərinin sırf hərbi-texniki tərkibinə nə qədər dərindən keçəcək. Habelə Moskvanın Ankaraya basqı gücündədir.
Ümumiyyətlə, Türkiyə tərəfinin AES-in inşası şərtləri üzrə Rusiyanın şirkəti ilə radikal dəyişikliklərə niyə getdiyi, humanitar-energetik işbirliyi deyil, xeyli dərəcədə hərbi əməkdaşlığa işarə edən sualı açıq, bu səbəbdən intriqalı qalır. Özəlliklə də ABŞ tərəfdən müxtəlif cəzalara baxmayaraq, Ankaranın S-400 sazişini qəti müdafiə etdiyinə görə.
Tərcümə Strateq.az-ındır.