6 il sonra İstanbulda yürüşə icazə verildi - İmamoğludan şok qərar
28-04-2019, 13:35
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bütün həmkarlar ittifaqları və ictimai birlik üzvləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, yeni mer 1 May-da əməkçilərin yürüşü üçün icazə veriləcəyini açıqlayıb. O, yürüş üçün meydanlardan birinin seçiləcəyini söyləyib.
Qeyd edək ki, 2013-cü ildən yürüşün keçirilməsinə icazə verilmirdi.