Kılıcdaroğluna hücumun yeni görüntüləri üzə çıxdı – Video
30-04-2019, 00:16
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna Ankarada edilən hücumun yeni görüntüləri yayılıb.
Azvision.az -ın məlumatına görə, kadrlarda müxalifət liderinə hücum edən şəxslərin əllərində dəmir dəyənəklər olduğu, "Onu vuraq, öldürək" kimi çağırışlar etdiyi görünür.
Qeyd edək ki, Kılıçdaroğluna edilən hücumla əlaqədar 6 nəfər saxlanılıb. Hazırda hadisə barədə araşdırma aparılır.