Türkiyədə şagirdlərin olduğu avtobus qəzaya uğradı: 10 yaralı

1-05-2019, 18:42           
Türkiyədə şagirdlərin olduğu avtobus qəzaya uğradı: 10 yaralı
Türkiyənin Ərzurum şəhərindən şagirdləri gəzinti üçün Rizəyə aparan mikroavtobus yolda qəzaya düşüb.

Yeniavaz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Rizənin Ayder yaylağına təşkil edilən bir günlük gəzintiyə qatılan məktəblilər mikroavtobusun aşması nəticəsində qəzaya düşüb. Mikroavtobusun aşması nəticəsində biri ağır olmaqla 10 nəfər yaralanıb.Yaralıların vəziyyəti yaxşıdır.

Aparılan araşdırma nəticəsində məlum olub ki, sürücü əyləc tutmadığına görə, dərədən aşmamaq üçün mikroavtobusu ağaclara və qayalara doğru sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru