“Düz yanımızda 200 hərbi gəmi yerləşdiriblər” - METE YARAR

4-05-2019, 00:20           
“Düz yanımızda 200 hərbi gəmi yerləşdiriblər” - METE YARAR
Teref.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Mete Yarar deyib: “Aralıq dənizində, düz yanımızda 200 hərbi gəmi yerləşdirilib. Bizim bu ehtiyatlardan istifadə eləməyimizi istəmirlər və bu hərbi gəmilər də bunun üçün yaxınlığımızda yerləşdirilib”.

Yarar bəzi ölkələrin Türkiyənin Aralıq dənizində təbii qaz tapmasını istəmədiklərini bildirib.

Yarar Trampın Venesuela ilə bağlı açıqlamalarından da danışıb: “Bu gün ABŞ bir açıqlama verib, “Venesuelada çevriliş uğurlu olmazsa, mən devirmək üçün şəhərə daxil olacağam” deyib. Suriyanın torpaqlarını illeqal şəkildə başqa ölkələrə verən və isbat olunmayan “kütləvi qırğın silahları var” iddiası ilə başqa ölkələrə daxil olan, Qolan təpələrini heç kimdən soruşmadan birbaşa İsrailə verən və sonda Venesuelaya girəcəyini söyləyən bu ölkə Amerika Birləşmiş Ştatlarıdır. Bütün Avropa da bunları qanuni hesab edir və dərhal qəbul edir. Bəli, yeni dünya quruluşu belədir. O halda bizim üçün necə etibarlı ola bilər?”

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru