Türk toylarına qarşı qanun qəbul ediləcək – ALMANİYADA

4-05-2019, 07:42           
Türk toylarına qarşı qanun qəbul ediləcək – ALMANİYADA
Almaniya türk toyları ilə bağlı qanun qəbul etməyə hazırlaşır. AzEuroNews.com xəbər verir ki, son bir neçə ayda toy kortejlərinin nəqliyyatın hərəkətinə çox mənfi təsir etdiyini deyən Şimali Reyn Vestfaliya (NRW) əyalətinin daxili işlər naziri Herbert Reul belə bir qanun layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış edib.

“Toy kortejlərinin hərəkəti zamanı avtoxuliqanlıq edən şəxslərə qarşı çox ciddi tədbir görülməlidir. Təbii ki, qanun çərçivəsində. Ona görə də, bununla bağlı bizim yeni qanuna ehtiyacımız var. Artıq yeni bir qanun hazırlayırıq. Həmin şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq. Eyni zamanda avtomobillərinə həbs qoyulacaq” – deyə nazir H.Reul açıqlamasında bildirib.

Təxminən bir milyondan çox türkün yaşadığını Şimali Reyn Vestfaliya əyalətində son aylar toy kortejlərinin səəb olduğu hadisələr yüzlərlədir. Hətta bəzi toy kortejlərinin hərəkəti zamanı odlu silahlardan atəş açılması faktları da var.

Almaniyanın nüfuzlu “Rhenische Post”, “Kölner Stadt-Anzeiger”, “Expres” və “Bild” kimi qəzetləri toy kortejləri ilə bağlı tənqidi məqalələri manşetdən veriblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru