Ərdoğan İstanbul məğlubiyyətini həzm edə bilmir: “Bu günə qədər danışmadım, susdum, amma..."

4-05-2019, 19:02           
Ərdoğan İstanbul məğlubiyyətini həzm edə bilmir: “Bu günə qədər danışmadım, susdum, amma..."
“Mən bu günə qədər danışmadım, susdum, amma artıq yetdi. Burda bir qanunsuzluq var, açıq ortadadır. Ankaraya bir söz demərəm, amma İstanbul seçkisi yenilənməlidir. Milli iradə nə deyərsə başımız, gözümüz üstündə”.

ONA-nın Türkiyə bürosundan verilən məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Müstəqil İş Adamları Dərnəyinin (MÜSİAD) 25-ci toplantısında çıxış edərkən bildirib.

Türkiyə prezidenti 31 mart bələdiyyə seçkilərində İstanbulda seçki məntəqələrində bank işçilərinin vəzifə tutmasını qanunsuzluq adlandırıb, nəticələrlə razılaşmadığını deyib: “4-5 bankın işçiləri seçki məntəqələrində təyin olunub. Bunlar məmur deyil, biz bunları qəbul edib, bunların qərarlarına “ey vallah”mı deyək. İstanbul seçkilərində bir oyun, bir qanunsuzluqlar var və mən bir partiya rəhbəri olaraq bu qanunsuzluqları xalqımın iradəsinə uyğun olaraq təqib edirəm. Biz qanunlara əsaslanırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru