Daha bir ölkədən Türkiyəyə S-400 təhdidi: "Hər kim əngəl olmaq istəyirsə..."

5-05-2019, 13:09           
Daha bir ölkədən Türkiyəyə S-400 təhdidi: "Hər kim əngəl olmaq istəyirsə..."
Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi ABŞ və NATO-dan sonra daha bir ölkəni təşvişə salıb.

Publika.az xəbər verir ki, Yunanıstan prezidenti Prokopis Pavlopoulos sərhəd qonşusunu təhdid edib.



Şimali Aralıq dənizindəki rəqabəti, Kipr məsələsi və S-400 havadan müdafiə sistemini işarə edərək açıqlamalar verən prezident Türkiyəyə xəbərdarlıq göndərib: “Azadlıq yunan xalqı üçün ən əsas şərtdir. Buna hər kim əngəl olmaq istəyərsə, ona qarşı bütün qüvvəmizlə mübarizə aparacağıq. Avropa İttifaqının bir parçası olaraq beynəlxalq qanunlara hər şəraitdə sadiqik. Ancaq özümüzü müdafiə etməyə hazır olmağımız heç bir zaman unudulmamalıdır. Bizimlə yaxşı münasibətlər qurmaq istəyirsə, Türkiyə də Yunanıstanın bu prinspini yaddan çıxarmamalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru