İmamoğluna dəstək kampaniyası başladı - “Hər şey gözəl olacaq”

7-05-2019, 11:30           
İmamoğluna dəstək kampaniyası başladı - “Hər şey gözəl olacaq”
Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbul seçkilərinin nəticələrinin ləğvi qərarı Türkiyə gündəmini zəbt edib. “Qafqazinfo” xəbər verir ki, İstanbul 23 iyun tarixində yenidən sandıq başına keçəcək və öz bələdiyyə sədrini seçəcək.

YSK-nın bu qərarı dünəndən etibarən sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu olub. Milyonlarla tvitter istifadəçisi “hər şey gözəl olacaq” həştağı ilə nəticələrin ləğvinə etiraz edib.

Onlar arasında Türkiyənin məşhur mədəniyyət nümayəndələri də var. Cem Yılmaz, Gülben Ergen, Gökhan Özoğuz, Haluk Levent, Ceyda Düvenci, Merve Özbey, Berna Laçin, Hazal Kaya, Şahan Gökbakar, Mert Fırat, Mehmet Günsür, Demet Akbağ kimi tanınmış ulduzlar tvitterdə sözügedən həştaqla post paylaşıblar.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru