Namaz vaxtı məscidə daxil olan oğru su kranlarını oğurlayıb.
Hadisə Türkiyənin Konya şəhərində qeydə alınıb. Namaz vaxtı insanların məsciddə olmasından istifadə edən oğru həyətdəki su kranlarını oğurlayıb. Oğru sökdüyü kranları gödəkcəsində gizlədərək, oradan uzaqlaşıb.
Hadisə anbaan təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Polis hazırda şübhəli şəxsi axtarır.