"Böyük türk atlası hazırlanır" - Türk Akademiyasının prezidenti

16-05-2019, 16:18           
"Böyük türk atlası hazırlanır" - Türk Akademiyasının prezidenti
"Türk xalqlarının ortaq coğrafiyası və ədəbiyyatı ilə bağlı kitab hazırlanır".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Beynəlxalq Türk Akademiyasının (TVESCO) prezidenti Darxan Kıdırali deyib.

"Türk xalqlarının ortaq tarixi kitabını hazırlamışıq. Bu, Təhsil nazirləri arasında əldə olunan razılıq əsasında həyata keçirilib. Bu kitab orta məktəblərdə tədris olunmaq üçün nəzərdə tutulub. Hazırda türk xalqlarının ortaq coğrafiyası və ədəbiyyatı kitabları hazırlanır. Bu ənənəni davam etdirərək bundan sonra türk xalaqlarına məxsus ortaq kitablar nəşr edəcəyik", - o bildirib.

D.Kıdırali həmçinin böyük türk atlasının da üzərində işlənildiyini söyləyib: "Toponim atlası" adlı kitab hazırlanır. Kitabda qədim dövrlərdən bəri tarixin müxtəlif zamanlarında türk dövlətlərinin mövcud olduqları ərazilərin xəritələri yerləşdiriləcək. Səlcuqilər, Səfəvilər, yaxud Osmanlı dövlətlərinin hansı əraziləri əhatə etdikləri bu xəritələrdə göstəriləcək. Kitaba Ağqoyunlular, Qaraqoyunlular və digər türk dövlətlərinin tarixi ilə birlikdə əraziləri də göstərilən xəritələr daxil ediləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru