Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsipləri eyni qalıb”

19-05-2019, 21:00           
Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsipləri eyni qalıb”
“Əgər bu gün beynəlxalq sahədə hücumlara, böhtan kampaniyalarına məruz qalırıqsa, bunun səbəbi bizim bu coğrafiyadakı millətimizin min illik tarixi üçün apardığımız mücadilədir”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman bayramının 100 iliyi münasibətilə Samsunda keçirilən təntənəli tədbirdə çıxışında bildirib.

Türkiyə prezidenti hər gün bir hiylənin qarşısını aldıqlarını söyləyib: "Gənclərimizin bu böyük oyunları görmələri məni çox sevindirir. Qurtuluş savaşımızın baş komandanı, Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürkü hörmətlə yad edirəm. Atatürk 1 əsr öncə 19 mayda Samsuna Osmanlının ən bacarıqlı zabiti kimi ayaq basıb. Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsiplərinin eyni qalıb". (ONA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru