Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının Bələdiyyə sədri öldürülüb. “Yeni Sabah” xəbər verir ki, Konyada sinəsindən bıçaqlanan İhsan Öztoklu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2 uşaq atası olan İ.Öztoklu 31 martda keçirilən seçkilərdə 52,46 səslə sədr seçilmişdi.