MHP sədri Dövlət Baxçalı HDP ilə bağlı MHP-çilərə bəzi təlimatlar verib.
Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Təqvim” qəzeti çıxış edib. Qəzet 23 iyunda İstanbulda keçiriləcək seçkilərlə bağlı MHP sədrinin 16 rayon başçısı ilə keçirdiyi iclasda İstanbul və HDP ilə bağlı xüsusi tapşırıqlar verdiyini yazıb və çıxışının bir hissəsini yayımlayıb.
“Kürd xalqı üzərindən oyun oynayırlar. “HDP kürdləri təmsil edir” təəssüratını yaradırlar. Bunun doğru olmadığını vətəndaşa izah edib, bu təsəvvürləri qırın.
Bizim üçün İstanbul çox önəmlidir. Qapı-qapı dolaşacaqsınız. Partiya ayrı-seçkiliyi etmədən çalışacaqsınız. Türk-kürd hamımız qardaşıq”, - Baxçalı bildirib.