Türkiyənin Bursa şəhərində yerləşən otellərdən birində bədbəxt hadisə baş verib.
Publika.az xəbər verir ki, şəhərin Osmanqazi məhəlləsində yerləşən oteldə yuxarı mərtəbələrin pəncərələrinin silinməsi üçün səbətli qaldırıcı krana alxan 2 işçi kranın aşması nəticəsində ölüb. 50 metr hündürlükdən yerə çırpılan Adil Demir və Soner Oğzu adlı təmizlikçilər hadisə yerindəcə keçinib.