Ərdoğan: "Biz terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək"

18-10-2019, 07:32           
Ərdoğan: "Biz terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək"
"Türkiyənin və ABŞ-ın birgə səyləri Yaxın Şərq regionunda sülh və sabitliyin qurulmasına imkan yaradacaq".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın "Twitter"dəki səhifəsində paylaşımını şərh edərkən deyib.

"Cənab prezident, biz bəşəriyyətin qatı düşməni olan terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək. Mən əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək", - deyə Türkiyə lideri yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana Suriyada hərbi əməliyyatın dayandırılması ilə bağlı təşəkkür edib. ABŞ prezienti Türkiyə rəhbərinə minnətdarlığını özünün "Twitter"dəki səhifəsində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru