Xəritəyə baxın, onda görəcəksiniz ki, Türkiyə... - NATO

22-11-2019, 09:34           
Xəritəyə baxın, onda görəcəksiniz ki, Türkiyə... - NATO
Xəritəyə baxaraq Türkiyənin geostrateji mövqeyini və NATO üçün önəmli ölkə olduğunu anlamaq mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq Fransa mediasına açıqlamasında deyib.

Ötən ay Türkiyəyə səfərində “Sülh çeşməsi” əməliyyatı ilə bağlı narahatlığını ifadə edən alyans rəhbəri qardaş ölkə haqda bunları bildirib:

“Bütün müttəfiqlər hərəkatla bağlı tənqidi fikirlər səsləndirdi. Lakin heç kim Türkiyənin NATO-dakı mövqeyi barədə fikir yürütmədi. Türkiyə bazalarından müttəfiqlərinin istifadəsinə icazə verərək, İŞİD-ə qarşı mübarizəyə qoşuldu. Suriya və İraqla sərhədi olan tək NATO müttəfiqi Türkiyədir. 3,6 milyon miqranta ev sahibliyi edir. Türkiyənin geostrateji mövqeyini anlamaq üçün xəritəyə baxmaq kifayətdir. Düşünürəm ki, bu faktorlar fikir ayrılıqlarının müzakirəsinə mane olmayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru