Azyaşlını zorlayıb öldürdülər – Türkiyədə

11-01-2020, 00:00           
Azyaşlını zorlayıb öldürdülər – Türkiyədə
Türkiyənin Qars şəhərində azyaşlını zorlayaraq öldürən şəxslərin məhkəməsi olub.



DHA-nın xəbərinə görə, Kağızman rayonu Paslı kəndində doqquz yaşlı Sedanur Gözəlin itkin düşəndən yeddi gün sonra daşlarla örtülmüş meyiti tapılıb.



Üçüncü sinfində oxuyan S.Gözəlin həmkəndliləri 37 yaşlı Ertan Bozqurd, 34 yaşlı Əhməd Bilən və 47 yaşlı Himmət Uç onu təcavüzə məruz qoyub öldürmələri iddiası ilə tutulublar.



Məhkəmədə son sözləri soruşulan cinayətkarlar törətdiyi əməli qəbul etməyərək bəraət tələb ediblər.



Uşağın valideynləri cinayətkarlara ən ağır cəza verilməsini istəyib.



Məhkəmə qərarı ilə E.Bozqurd və Ə.Bilən hər ikisi 39 il müddətinə azadlıqdan məhrum edilib, H.Uç isə bəraət alaraq azadlığa çıxıb.Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru