Ona söyən adamları güllələdi - VİDEO

11-01-2020, 19:44           
Ona söyən adamları güllələdi - VİDEO
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda kişi ona söyən adamları güllələyib.

DHA-nın xəbərinə görə, 46 yaşlı Öndər Yılmaz avtomobilini park edərkən onu arxada olan başqa avtomobilə sürtüb.

Avtomobilin sahibləri 56 yaşlı Turqut Duman və 46 yaşlı Ramazan Zeybəklə mübahisə edərək onu söyüblər.

Bundan sonra Ö.Yılmaz tapança ilə onlara atəş açaraq yaralayıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib.

Yaralılar xəstəxanaya yerləşdirilib, hadisəni törədən Ö.Yılmaz isə polis nəzarətinə götürülüb.

O, polisə verdiyi açıqlamada bildirib ki, güllələdiyi şəxslərin bıçaq çıxaracağından qorxub və onları qorxutmaq üçün atəş açıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.