Türkiyədə DƏHŞƏTLİ HADİSƏ: 8-i uşaq olmaqla 12 nəfər öldü (VİDEO)

12-01-2020, 11:05           
Türkiyədə DƏHŞƏTLİ HADİSƏ: 8-i uşaq olmaqla 12 nəfər öldü (VİDEO)
Türkiyənin İzmir şəhəri sahillərinə qayığın batması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Ölənlərin 8-i uşaqdır.

Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, xilasedicilər 8 nəfəri son anda boğulmaqdan xilas edə biliblər. Məlumata görə, axşam saatlarında sakinlər sahildən bir neçə metr məsafədə qışqırıq səsləri eşidiblər. Dərhal əraziyə polis və xilasedicilər cəlb ediliblər.

Qayıqdakı sərnşinlərin qaçqınlar olduğu bildirilir. Onların hansı ölkə vətəndaşları olduğu araşdırılır. Ehtimal edilir ki, qəzaya qayığın nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.

Anar Türkeş













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru