Çindən Türkiyəyə təxliyə edilən azərbaycanlılarda virus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

7-02-2020, 19:35           
Çindən Türkiyəyə təxliyə edilən azərbaycanlılarda virus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA
Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdən, o cümlədən təyyarənin ekipaj, texniki və tibbi heyət üzvləri olmaqda, 61 nəfərdən götürülən analizlərin növbəti nəticələri açıqlanıb.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, analizlərin nəticələrinə əsasən, 61 nəfərdə koronavirus aşkarlanmayıb.
Qeyd edək ki, bundan əvvəl də açıqlanan nəticələrə görə, həmin şəxslərdə koronavirus aşkar edilməyib.
Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 61 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları, ekipaj, texniki və tibbi heyət üzvləri olub. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru