Ərdoğandan İlkər Başbuğa şok ittiham - “Cinayət işi açılmalıdır”

8-02-2020, 15:12           
Ərdoğandan İlkər Başbuğa şok ittiham - “Cinayət işi açılmalıdır”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan 6 millət vəkili keçmiş qərargah rəisi İlkər Başbuğ və keçmiş deputat Dursun Çiçək haqda cinayət işinin açılmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, deputatlar artıq bu barədə Türkiyə Baş Prokurorluğuna müraciət ediblər.

Quruma müraciətdə Başbuğ və Çiçəyin 2009-cu ildə parlamentdə qəbul edilmiş bir qanun layihəsinin arxasında Fəthullahçı Terror Təşkilatının (FETÖ) dayandığını iddia etdiyi bildirilib.

Sözügedən qanun layihəsinin altında imzası olan AKP-li millət vəkilləri Bəkir Bozdağ, Əhməd Aydın, Mustafa Əlidaş, Mehmet Ceylan, Əhməd Müfit Doğan və Yəhya Doğan vəkilləri vasitəsilə prokurorluğa ərizələrini təqdim edib.

Habelə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın tərəfindən prokurorluğa edilən şikayətdə İlkər Başbuğ barəsində “vəzifə borcuna görə dövlət adamını təhqir etmə”, Dursun Çiçək haqqında isə “böhtan” ittihamı ilə cinayət işinin açılması tələb olunub.

İlkər Başbuğ iştirak etdiyi bir televiziya proqramında 2009-cu ildə parlamentdə qəbul olunan qanun layihəsinin hərbçilərin mülki məhkəmələrdə mühakiməsini nəzərdə tutduğunu, bunun FETÖ işi çərçivəsində araşdırılmasının zəruri olduğunu demişdi. CHP-dən olan keçmiş millət vəkili Dursun Çiçək də açıqlamasında buna bənzər fikirlər səsləndirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru