Şərqi Azərbaycanda koronavirus təhlükəsi fövqəladə hal səviyyəsinə çatıb

13-06-2020, 10:20           
Şərqi Azərbaycanda koronavirus təhlükəsi fövqəladə hal səviyyəsinə çatıb
Ötən gün Təbriz Tibb Universitetinin rəis müavini Abbasəli Dürüsti Şərqi Azərbaycanda koronavirusa yoluxma hallarının təhlükəli şəkildə artdığı ilə bağlı xəbərdarlıq etmişdi. O, əyalətdə koronavirusa yoluxanların ümumi sayı haqqında məlumat verməkdən imtina edib.

Güney Azərbaycanın başqa əyalətlərində də koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artaraq davam edir.

Qərbi Azərbaycan əyalətində ötən 24 saatda 259 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 8 min 222 nəfərə çatdığını bildirib. Ağazadə əlavə edib ki, infeksiyadan ölənlərin sayı 270 nəfərə çatıb. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 4 min 720 nəfər tam sağalaraq evlərinə göndərilib.


Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 3 min 232 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 19 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Son 24 saatda daha 2 nəfərin koronavirusdan öldüyünü bildirən rəsmi xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməyib.


Güney Azərbaycanın Həmədan, Zəncan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.