Türkiyənin İstiqlal marşının müəllifi Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır

14-06-2020, 08:26           
Türkiyənin İstiqlal marşının müəllifi Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır
Türkiyənin İstiqlal marşının (dövlət himni) sözlərini yazan şairi Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır.

AZƏRTAC xəbər verir ki, çəkilişlərinə bu ilin sentyabr ayında start veriləcək “Akif” filminin İstiqlal marşının ölkənin dövlət himni olaraq qəbul edilməsinin 100-cü ildönümü - 2021-ci il martın 12-də ekranlara çıxması planlaşdırılır. Belə ki, himn məhz 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi şəkildə qəbul olunub.

“Darçın” kinostudiyası tərəfindən çəkiləcək filmin rejissoru Kudret Sabancı, ssenari müəllifi isə Hakan Haksundur. Ekran əsərinin məsləhətçiləri Mehmet Akif Ersoyun nəvəsi Selma Ersoy Argon, İstiqlal Marşının ilk nəşr olunduğu “Sebilürreşad” jurnalının baş redaktoru Fatih Bayhan, Türkiyənin keçmiş dövlət xadimi Yüksel Yalova və professor Yasin Aktaydır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru