Türkiyə ordusunda FETÖ-yə qarşı nəhəng əməliyyat keçirildi - Son dəqiqə

15-06-2020, 02:01           
Türkiyə ordusunda FETÖ-yə qarşı nəhəng əməliyyat keçirildi - Son dəqiqə
Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin İzmir Şəhər Baş Prokurorluğu saxlanılan FETÖ şübhəliləri barəsində məlumat yayıb.

Məlumatda vurğulanır ki, saxlanılan 693 nəfərdən 357-si barəsində həbs qərarı verilib.

"Son 5 əməliyyat Türkiyə Silahlı Qüvvələri tərkibində FETÖ üzvlərinə qarşı həyata keçirildi. Əməliyyatları Milli Müdafiə Nazirliyi, Milli Kəşfiyyat Xidməti, Baş Qərargah İdarəsi və Daxili İşlər Nazirliyinin Terrorçuluqla Mübarizə İdarəsi birgə həyata keçirdi", - deyə rəsmi açıqlamada diqqətə çatdırılıb.

Qeyd olunub ki, hal hazırda istintaq davam etdirilir və yaxın günlərdə ictimaiyyətə geniş açıqlama veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru