Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq - VİDEO

24-11-2020, 07:07           
Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq - VİDEO
İşğaldan azad edilən torpaqlarımızın dirçəldilməsi və inkişafı üçün bir sıra önəmli layihələr hazırlanır. Dövlət və özəl sektorun birgə fəaliyyəti yeni iş yerlərinin yaradılmasına və bölgənin iqtisadi potensialından düzgün istifadə etməyə imkan verəcək. Türkiyəli iş adamları da bu prosesə qoşularaq ərazinin sürətli iqtisadi inkişafı üçün sərmayə qoymağa hazır olduqlarını bildiriblər. Artıq bir sıra sahələr üzrə fəaliyyət planı da hazırlanıb.

İşğaldan azad edilmiş torpaqlarımızda yenı tarix yazılır və yeni nəfəs gəlir. Türkiyəli iş adamları da bu önəmli mərhələdə aktiv iştirak edərək sərmayələrini yatıracaqlar.

Teref.az xəbər verir ki, Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanqın deyir ki, illərdir bu günlər üçün hazırlıqlar görülüb. Bəzi sahələr üzrə spesifik olaraq iqtisadi potensial öyrənilib.

Camal Yanqının sözlərinə görə,işğaldan azad edilən ərazilərdə bir çox sahələr üzrə yenı ınfrastrukturların qurulması ücün genış imkanlar var. Xüsusılə kənd təsərrüfatı, turizm sektoru, sənaye məhəllələri bölgə əhalisınin maddi rifahı üçün olduqca önəmlidir. Azərbaycan- Türkiyə iş adamları birliyinin üzvləri əsas hədəf kimi iqtisadi inkişafı prioritet seçərək: ilk illərdə qazancı düşünməyəcəklər.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərimızın iqtisadi imkanları illərdir ki, düzgün qiymətləndirilməyib. Erməni işğalçıları bölgəni sadəcə talamaqla istismar edib. Doğma torpaqlara qayıdışla işğaldan azad edilən bütün torpaqlarımız da yenıdən həyata qayıdacaq.press.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.