Səddam Hüseynin itən dollarları tapıldı – Türk iş adamının hekayəti
1-02-2016, 16:18
Səddam Hüseynin itən dollarları tapıldı – Türk iş adamının hekayəti
ABŞ-ın 2004-cü ildə İraqı işğalı əsnasında ortadan qeyb olan Səddam Hüseyn dövrünə aid milyonlarla dollar bazara çıxarılmağa başlandı. İddianı ortaya atan isə bazarlıq danışıqları üçün İordaniyaya getdiyini deyən bir Türk iş adamıdır.
Xeber365.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, 2006-ci ilin dekabr ayında İraq Prezidenti Səddam Hüseynin edamından sonra ABŞ iqtisadiyyatını zəiflətmək üçün xeyli dollar toplanmışdı. Daha sonra isə İraqın Mərkəzi Bankında bu dollarlar ortadan yox oldu. İndi bu itki ilə bağlı ortaya maraqlı bir iddia atılıb. Səddam dövrünə aid olduğu irəli sürülən dollarların xüsusi vasitəçilərin əli ilə İordaniya-Suriya sərhədindəki bir evdə satıldığı irəli sürülüb. Buna görə, şəbəkə 3 milyon dollar dəyərindəki pulu, bazarda 1 milyon dollara bərabər gələn 920 min avro müqabilində satıb.
XÜSUSİ KURYERLƏR DÖVRƏDƏ
Hürriyyətə danışan İnan Taptıkın rəhbərlik etdiyi Esse Capitals, böyük miqyaslı beynəlxalq maliyyə proseslərə də vasitəçilik edən bir şirkətdir. Tapdıq İraqın Ərbil şəhərində bir adamla tanış olub. N. adlı Ərbilli Səddamın dollarları ilə bağlı məlumatlar verib. N. bu pulların bazara çıxarma əməliyyatını aparan İordaniyada yaşayan Şeyx A. adlı şəxsdən bəhs edib. Bu adam Səddamın yaxın ətrafından olduğu irəli sürülüb.
BİRGƏ İORDANİYAYA GEDİB
Tərəflərlə lazımi ünsiyyət qurulub. Hürriyyətə məlumat verən Tapdıq sonrakı prosesləri belə bölüşüb: "Tərəfdaşım İordaniyaya gedib. İordaniyadakı bir oteldən iki nəfər tərəfindən götürülərək İordaniyanın paytaxtı Ammana, ordan da Suriya sərhədinə yaxın böyük bir evə aparılıb. Ona bu evdə ilk məlumatlar verilib. Evdə olan pul sayma maşından keçirilən dollarların həqiqət olduğu aydın olub. Ona göstərilən minlərlə dəstə dollar arasında təsadüfi 5 min dolları cibindəki dollarla dəyişdirib və İordaniyadan ayrılıb".
Tapdıq daha sonra ortağının İordaniyadan gətirdiyi 5 min dolları aldığını və bir əməkdaşı vasitəsi ilə banklarda yoxlanılmasını söylədi. Tapdıq 5 min dollarla geri qayıtdığını və bankirlərlə söhbətdə bu dollarlarda heç bir problem olmadığını bildirib.
Tapdıq dollarların həqiqət olduğunu başa düşmək üçün bu dəfə tərəfdaşı ilə birlikdə şəxsən İordaniyaya getdiyini də açıqlayıb. İordaniyadakı bir oteldən alınan hər iki şəxs Şeyx A.nın olduğu evə aparılıb. Tapdıq o evdə gördüklərini isə belə danışdı: "Geniş bir evdi. Evin bütün otaqlarını görmə imkanımız olmadı. Şeyx A.nın hər iki yanında oturduqdan dərhal sonra giriş qapısının üzərində asılan Səddam portreti diqqətimi çəkdi. Şeyx A.-ya portreti göstərəndə isə etdiyi tək şey, dinməz-söyləməz əlini ürəyinin üstünə aparması və bir müddət gözləməsi oldu. Bir müddət sonra birlikdə yemək yedik. Daha sonra mövzuya başladıq. Oturduğumuz otağın ortasına kisələr içində və topa halında dollarlar gətirildi".
1 MİLYON DOLLARI VER, 3 MİLYON DOLLARI AL
Tapdıq belə davamını edib: "Bir pul sayma maşını da aparmışdıq. 100 ədəddən ibarət olan 100 dollarlıq əskinaslar, əvvəl sarılı olduqları streçdən çıxarıldı. Daha sonra pulları bir-bir yoxladıq, heç bir fərq görmədik. Bir az sonra dəstələri pul sayma maşından keçirdik. Bu cihaz, nə qədər çox pul olursa olsun, saxta olan pulu dərhal ortaya çıxarır. Ancaq bu testdən də keçdi pullar. Bizə son təklifləri o oldu. Əllərindəki 3 milyon dolları, bazardakı 1 milyon dollara bərabər olan avroya satırlar. Yəni 1 milyon dollar verən 3 milyon dollar alır. Ancaq bircə şərtləri var. O da bu: Pulu sizə olduğumuz evin qapısında təslim edirik. Pulu İordaniyadan çıxarmaq sizin işiniz. Evdən ayrılmadan öncə onların əlindəki pullardan 500 dolları aldım; Yanımdakı pul ilə dəyişdirdim bunları. İordaniyada bir HƏYƏTİMDƏ valyuta bürosundan bu 500 dolları heç bir problem çıxmadan xırdaladılar mənə".
MÜRƏKKƏB TESTDƏN KEÇDİ
Tapdıq Şeyx A.nın olduğu evdən ayrılmadan əvvəl mürəkkəb çap pul buraxılışlarından birini də özüylə aparıb. Məqsədi mürəkkəbə yaş testi etmək olub. Tapdıq "Bu sahədə, Türkiyədəki mütəxəssis bir professorla görüşdüm. Yaxından tanıdığım bu şəxs İstanbul Universitetində çalışır. O, eyni zamanda, bir çox böyük davaya ekspert olaraq da hesabat təqdim edən bir mütəxəssisdir. Əlimdəki pul buraxılışını verdim və bir müddət sonra mənə, lentin üzərindəki mürəkkəbin Aprel 1991-ci ildə qoyulduğunu dedi. Yenə araşdırma apardığı 100 dollarlıq əskinasın üzərindəki mürəkkəbin isə 1990-92 dekabrına aid olduğunu dedi. Bu məlumatlar bizə, bu dollarların Səddam zamanında çap edildiyini təsdiq etdirdi. Getdiyimiz evdə nə qədər pul olduğunu bilmirik. Ancaq bizə söylədikləri bu oldu: Nə qədər pul istəyirsinizsə deyin” sözlərini deyib.
AMERİKALILARDAN QORXDUQ
Tapdıq Səddamın dollarını alıb almadıqları istiqamətindəki sualı isə belə cavablandırıb: "Çox cəlbedici görünür. Təsəvvür edin ki, əlinizdəki 1 milyon dollar bir neçə saatdan sonra 3 milyon dollar olur. Ancaq o pullardan almamışıq. Səbəbi isə Amerika təhlükəsizlik orqanlarının nələr edə biləcəyi istiqamətindəki qayğımızdır. Nəhayət, bu məsələ birbaşa Amerika kəşfiyyatını maraqlandırır. Və biz də eyni zamanda Amerikada da iş görən bir şirkətik".
İş adamı Şeyx A.nın başqa ölkələrdən adamlar ilə də təmasda olacaqlarını bildirdi.
SƏDDAM DOLLARI NƏDİR?
Keçmiş İraq Prezidenti Səddam Hüseyn ilə ABŞ rəhbərliyinin münasibəti 1990-cı ildə pozulub. Səddam Küveyti işğal edərək digər Körfəz ölkələrini də təhdid edib. Birinci Körfəz döyüşü olaraq tarixə keçən ilk döyüşdə, ABŞ təşəbbüsü ələ götürərək İraqı Küveytdən çıxartdı. Səddam, 2004-ci ilə qədər regionda təhdidlərini davam etdirib və İraq uzun müddət embarqo altında yaşadı. Səddam, bir tərəfdən embarqo ilə üz-üzə qaldı, digər tərəfdən isə nağd ABŞ dolları topladı. 2004-ci ildə İraqın işğalından sonra İraq Mərkəzi Bankından 700 milyon və 1.2 milyard dolların hara aparıldığı uzun müddət mübahisə mövzusu olaraq qaldı. ABŞ kəşfiyyatının o dollarların izində olduğu bildirilir.
teref.az